Vəzifə funksiyaları:
* Şirkətin qısamüddətli və uzunmüddətli strategiyasının hazırlanması;
* Marketinq kampaniyaları, korporativ layihələrlə bağlı kontent yaradılması;
* Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
* Analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi və hesabatların hazırlanması;
* Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
* SMM fəaliyyətinə nəzarət edilməsi;
* Görülən iş və aşkarlanan problemlər barədə hesabatın tərtib edilməsi;
* Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışların aparılması və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verilməsi;
* Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, biznes proses və prosedurların hazırlanmasında iştirak edilməsi;
* Şirkətin PR və Reklam siyasətinin hazırlanması;
* Postlar üçün foto və videoların çəkilişini təşkil edilməsi;
* Brendlərin tanınması və yeni auditoriyaya çatmaq üçün yeni layihələrin hazırlanması;
* Saytın idarə edilməsi;
* Sosial media hesabları və platformaları ilə işlənilməsi;
* Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin edilməsi;
* Rəhbərlik tərəfindən ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
Vəzifəyə olan tələblər:
* Təhsil: Ali;
* İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq;
* Dil bilikləri: Azərbaycan dili , Rus dili (mütləqdir), İngilis dili (arzuolunandı);
* Fundamental Marketing və Digital marketing üzrə bilikləri;
İş Şəraiti:
* İş qrafiki: 5 gün (şənbə, bazar istirahət günü)
* Əmək haqqı müsahibə zamanı müəyyən ediləcəkdir.
Uyğun namizədlərdən öz CV formalarını [email protected] ünvanına göndərməsi xahiş olunur.
Onlayn