Awesome Image
29 Ynv 2024

Niyə səhər yeməyində yulaf olmalıdır?

Yulafla necə qidalanmalı? Yulafın faydaları

Yulaf mineral, lif və antioksidantlarla zəngin bir məhsuldur. Yulafın tərkibində dəmir, fosfor, maqnezium kimi dəyərli minerallar var. Həmçinin lif və B vitaminləri ilə zəngin olan yulaf həm uşaqlar və böyüklərin, həm də pəhrizdə olan hər kəsin ən sevimli qidasına çevrilir.
 

Yulafın faydaları:

Yulaf toxluq hissi yaradır, çəki atmağa və sağlam pəhriz tətbiq etməyə kömək edir. Həmçinin bu qida ürək xəstəlikləri və diabetə qarşı profilaktik tədbir görür:

  • Ürək xəstəliklərindən qoruyur,
  • Qan şəkərini tənzimləyir, insulinin artmasına mane olur,
  • Kiloya nəzarət etməyə kömək edir,
  • Həzm sistemi üçün ideal bir qidadır.

Yulaf həm də dərinizin dostudur. Dərini gözəlləşdirir, dəri sağlamlığını qoruyur. Dəri tonunun balansının qorunmasına kömək edir, buna görə də bəzən hətta baxım üçün tərkibində yulaf olan peelinq və maskalar istifadə edirlər.

Yulaflı səhər yeməyi necə hazırlanır?

Yulafı yeməzdən əvvəl isti südün içərisində bir neçə dəqiqə (adətən 5-10 dəq.) gözlətmək və ya südlə birlikdə bişirmək olar. Yulaflı səhər yeməyinin içinə quru meyvələr, giləmeyvə, bal kimi qidalar əlavə edə bilərsiniz. (Təkcə südlə yulaf yeməyə üstünlük verənlər də var). Gördüyünüz kimi, tərkibində yulaf olan müxtəlif dadlarda səhər yeməyi hazırlamaq olar.

Əgər bol vitaminli səhər yeməyi ilə günə başlamaq istəyirsinizsə, Ecoproduct-un yulaflı məhsullarını sınayın. Proteinli, vitaminli, lifli səhər yeməyi günə gümrah və enerjili, sağlam başlamaq üçün ən ideal seçimdir. Bizdə təkcə yulaf yoxdur, həm də yulaf tərkibli və laktozasız süd məhsullarımız var. Ecoproduct sağlamlığınız üçün yalnız faydalı və təbii məhsullar təklif edir

Chatbot Icon